XƏBƏRLƏR
3686 Arxiv

2017.06.01

"Bağban konspekti" kitabı çapdan çıxıb

AMEA Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyevin "Bağban konspekti" kitabı çapdan çıxıb.

Kitab landşaft memarlığı sahəsində çalışan mütəxəssislərə, bu sahəyə meyil göstərən gənclərə, bitkilərin becərilməsi ilə məşğul olan bağbanlara lazımi bilgilər vermək, eyni zamanda, illərlə toplanan nəzəri bilik və bacarıqları, təcrübi fəaliyyəti geniş ictimaiyyətlə bölüşmək məqsədilə nəşr edilib.

Nəşrin tərtibi zamanı əhalinin müxtəlif təbəqələri tərəfindən 10 ildə verilmiş suallar da nəzərə alınıb.

http://science.gov.az/news/open/5799