XƏBƏRLƏR
1154 Arxiv

2017.05.04

AMEA Zoologiya İnstitutunun gənc əməkdaşı Bakı Mühəndislik Universitetində "FameLab-2017" müsabiqəsinin final mərhələsində 3-cü yerə layiq görüldü

Elm ilə məşğul olan şəxslərdə danışıq qabiliyyətlərini inkişaf etdirmək imkanları yaradan bu müsabiqədə əsas iştirakçı kütlə 20 yaşdan yuxarı, elm və ictimai istiqamətlərdə işləyən, eləcə də texniki mütəxəssislər, elm, texnika, mühəndis, tibb və yaxud riyaziyyat sahələrində çalışan şəxslərin iştirak etdiyi yarışmanın final mərhələsi keçirilib. Yarışın qaydalarına əsasən final mərhələsində 10 nəfər mübarizə aparıb. AMEA Zoologiya İnstitutunun gənc əməkdaşları Günay Qasımova və Nərmin Beydizadə də  final mərhələsində iştirak edib. Günay Qasımova “Kərtənkələrin özünü müdafiə mexanizmləri”, Nərmin Beydizadə isə “Hörümçək toru haqda maraqlı faktlar” mövzusu üzrə çıxışlar ediblər və Günay Qasımova 3-cü yerə layiq görülüb.