XƏBƏRLƏR
982 Arxiv

2017.03.28

"Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yalançı elmə qarşı AMEA-da həyata keçiriləcək tədbirlərə həsr olunub

28 mart 2017-ci il tarixində saat 22:15-də AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq. Veriliş yalançı elmi iddiaların əsl mahiyyətinin şərh edilməsi və ictimaiyyətə çatdırılması, həmçinin yalançı elmə qarşı mübarizə üzrə AMEA-da həyata keçiriləcək tədbirlərə həsr olunub.

Proqramın qonağı Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Dilqəm Tağıyevdir. 

 

http://science.gov.az/news/open/5286