XƏBƏRLƏR
3394 Arxiv

2016.11.08

AMEA Zoologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

08 noyabr 2016-cı il tarixində  AMEA Zoologiya İnstitutunun Elmi Şurasında Oğuz rayonunun Padar kənd sakini Fəxrəddin Mustafayevin "Zəlilərin süni şəkildə çoxaldılması və təbabətdə mühüm rolu" haqqında məruzəsi dinlənildi. İnstituta təşrif buyuran ziyalının zəlilərin  təbabətdə mühüm əhəmiyyətini öz təcrübəsindən keçirib, fikirlər irəli sürməsi alimlərimiz tərəfindən maraqla qarşılandı. Fəxrəddin müəllimin dediklərindən belə bir qənaətə gəlmək olur ki,  zəlilər «orqanizmin həkimidi». Zəlinin ağız suyunda insan orqanizmi üçün gərəkli olan 100-ə yaxın bioloji aktiv maddənin ancaq 20 faizini elm öyrənə bilib. Bu canlının ağız suyunda hirudin deyilən maddə var. Hirudin qanın laxtalanmasının qarşısını alır, duruldur, oksigenlə zənginləşdirir, trombları əridir, orqanizmdəki iltihabi prosesi aradan götürür, immun sistemini möhkəmləndirir və infeksiya törədicilərinin inkişafının qarşısını alır. Hirudin eyni zamanda qan damarlarında yüksək təzyiqi azaldır, xoralaşma prosesini, eroziv sahələri bərpa edir və sağalma sürətlə gedir. Zəli ilə müalicənin ağrıkəsici təsiri də var. Zəli eyni zamanda gözəlləşdirir, ümumi çəkini nisbətən azaldır, dəridə olan bəzi problemləri aradan qaldırır.

Sonda, İnstitut əməkdaşları  mövzu haqqında sualları, qaranlıq məqamları  müzakirə edib, rəy və təkliflərini səsləndirdilər.