XƏBƏRLƏR
544 Arxiv

2024.05.06

Zoologiya İnstitutunun əməkdaşları “Təşəkkürnamə” ilə təltif olunub

ETN Zoologiya İnstitutunun baş direktoru, a.e.ü.f.d., dos. Ələddin Eyvazov, institutun elmi katibi, b.ü.f.d., dos. Sara Əliyeva və Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Rəfiqə Qazi “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin hazırlıq mərhələsində məktəbin şagirdlərinə göstərdikləri dəstəyə görə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin icraçı direktoru Aqşin Bağırov tərəfindən “Təşəkkürnamə” ilə təltif olunublar.