XƏBƏRLƏR
424 Arxiv

2024.04.16

Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib

16 aprel 2024-cü il tarixində  ETN Zoologiya İnstitutunda elmi seminarın növbəti iclası keçirilib. Zoologiya İnstitutunun Şəki rayon regional filialının dissertantı Şükürova Zərintac Yusif qızının “Armud saturniyasının biologiyası, ipəkçilikdə istifadəsi məqsədilə kütləvi artırılma metodunun işlənib hazırlanması” mövzusunda dissertasiya işinin Dissertasiya şurasının nəzdində elmi seminarda müzakirəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri Gülzar Əliheydər qızı Mustafayevdir.

Müzakirənin sonunda dissertasiya işinin elmi və praktik əhəmiyyətini nəzərə alaraq Şükürova Zərintac Yusif qızının Armud saturniyasının biologiyası, ipəkçilikdə istifadəsi məqsədilə kütləvi artırılma metodunun işlənib hazırlanması adlı dissertasiya mövzusunun 2401.01 – “Zoologiya” ixtisasında Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin elmi müzakirələri növbəti mərhələsinə təqdim olunması məqsədəuyğun hesab edildi.