XƏBƏRLƏR
823 Arxiv

2024.03.14

ETN Zoologiya İnstitutunda BDU-nun II kurs magistrantları elmi-tədqiqat təcrübəsi keçirlər

14 mart 2024-cü il tarixində ETN Zoologiya İnstitutunda elmi tədqiqat təcrübəsi keçən Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin magistratura pilləsinin II kurs tələbələri İnstitutun nəzdində fəaliyyət göstərən Zooloji Muzeydə olmuşlar. Onlar muzeyin ekspozisiyasında sərgilənən Azərbaycan və dünya faunasına aid olan balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilərə məxsus müqəvva, skelet və yaş preparatlardan ibarət kolleksiya ilə yaxından tanış olmuş, onların hər biri haqqında geniş məlumat əldə etmişlər.