XƏBƏRLƏR
452 Arxiv

2023.12.25

Dissertasiya şurasının növbəti iclası keçirilib

22 dekabr 2023-cü il tarixində   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.09 Dissertasiya şurasının növbəti müdafiəsi keçirilib. Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin, Biologiya kafedrasının dissertantı Şəfa İlqar qızı  Kərimovanın 2401.01- “Zoologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Naxçıvan Muxtar Respublikasının təbii və süni göllərində yayılan balıqların inkişafında ekoloji amillərin rolu” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. 

Sonda Dissertasiya şurasının qərarı ilə dissertasiya işinə müsbət rəy verilib.