XƏBƏRLƏR
719 Arxiv

2023.12.26

Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları Balakən rayonunda keçirilən elmi-praktik seminarda iştirak edib

ARETN Zoologiya İnstitutunun əməkdaşları, tətbiqi Zoologiya Mərkəzinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səliqə Qazi və elmi işçi Zinyət Şahverdiyeva Balakən rayonunda keçirilən elmi-praktik seminarda iştirak ediblər.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Balakən rayonunda “Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda elmi-praktik seminar keçirilib.

Seminara Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəis müavini Yaqub Səfərli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), ARETN Zoologiya institutunun nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və yerli icra hakimiyyəti orqanlarının və digər aidiyyatı qurumların nümayəndələri qatılıblar.

Seminarda Zoologiya İnstitutunun böyük elmi işçisi, b.ü.f.d. Səliqə Qazi “Qəhvəyi mərmər bağacığının bioekologiyasına dair” mövzusunda çıxış edərək, qəhvəyi mərmər bağacığının bioloji xüsusiyyətlərindən, zərərlərindən, təbii düşmənlərinin müəyyən edilməsindən, bioloji mübarizədə onların tətbiqi imkanlarından bəhs edən təqdimatla fikirlər irəli sürmüş və 2023-cü il üzrə mütəxəssislərin apardıqları tədqiqatlara dair məlumatlar vermişdir.