XƏBƏRLƏR
839 Arxiv

2023.12.15

Dissertasiya şurasının növbəti iclası keçirilib

15 dekabr 2023-cü il tarixində   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.09 Dissertasiya şurasının növbəti iclası keçirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu Publik Hüquqi Şəxsin dissertantı Yeganə Əliqulu qızı Sultanovanın 2429.01- “Parazitologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanın cənub-şərqində ağcaqanadların faunasının müasir vəziyyəti və onların abrovirusların keçirilməsində rolu” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. Qeyd edək ki, dissertasiya işinin elmi rəhbəri tibb elmlər doktoru Akif Əyyub oğlu Salehovdur.

Sonda Yeganə Əliqulu qızı Sultanovanın 2429.01-“Parazitologiya” ixtisasında “Azərbaycanın cənub-şərqində ağcaqanadların faunasının müasir vəziyyəti və onların abrovirusların keçirilməsində rolu” adlı dissertasiya mövzusunun biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırıldı.