XƏBƏRLƏR
927 Arxiv

2023.12.19

Dissertasiya işinin ilkin müzakirəsi keçirildi

19 dekabr 2023-cü il tarixində ETN Zoologiya İnstitutunun növbəti iclası keçirilib. Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının müdiri vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent Süleyman Şakir oğlu Süleymanovun 2401.01-“Zoologiya” ixtisasında biologiya elmləri üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi “Orta və Cənubi Xəzərin siyənək balıqları (sistematikası, ekologiyası, yayılması və ehtiyatı)” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi müzakirəsi keçirilib. Dissertasiya işinin elmi məsləhətçisi biologiya elmləri doktoru, professor Rauf Vahid oğlu Hacıyevdir.

Dissertasiya işinin elmi və praktik əhəmiyyətini nəzərə alaraq b.ü.f.d. S.Ş. Süleymanovun “Orta və Cənubi Xəzərin siyənək balıqları (sistematikası, ekologiyası, yayılması və ehtiyatı)” adlı dissertasiya işi elmlər doktoru alimlik dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya doktorluq dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin müdafiəyə təqdim olunması məqsədəuyğun hesab edildi.