XƏBƏRLƏR
815 Arxiv

2023.11.28

Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib

28 noyabr 2023-cü il tarixində ETN Zoologiya İnstitutunun növbəti iclası keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Parazitologiya laboratoriyasının dissertantı Arzu İnşalla qızı Bədirovanın “Lənkəran-Astara iqtisadi rayonunda qoyunlarda ibtidai bağırsaq parazitlərinin (Eimeria, Cryptosporidium)  bioekoloji xüsusiyyətləri və kimyəvi profilaktika tədbirləri” mövzusunda dissertasiya işinin Dissertasiya şurasının nəzdində elmi seminarda müzakirəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri baytarlıq üzrə fəlsəfə doktoru, dosent Sevinc Əlibala qızı Məmmədovadır.

Müzakirənin sonunda dissertasiya işinin elmi və praktiki əhəmiyyətini nəzərə alaraq Arzu İnşalla qızı  Bədirovanın “Lənkəran-Astara iqtisadi rayonunda qoyunlarda ibtidai bağırsaq  parazitlərinin (Eimeria, Cryptosporidium)  bioekoloji xüsusiyyətləri və kimyəvi profilaktika tədbirləri”  mövzusunda təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin ETN Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.09 Dissertasiya Şurasına müdafiəyə təqdim olunması məqsədəuyğun hesab edildi.