XƏBƏRLƏR
821 Arxiv

2023.10.03

“Gənc alimlərin yay düşərgə”si başa çatıb

Gənclər və İdman Nazirliyi və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Gənc alimlərin yay düşərgə”si başa çatıb.
AMEA Zoologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Mehdiyeva Nigar və kiçik elmi işçisi Səmədli İntizar sentyabrın 2-dən 8-dək Tovuz Olimpiya Kompleksində keçirilən düşərgədə iştirak ediblər. Düşərgənin proqramına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının, eləcə də müxtəlif nazirliklərin elmi müəssisə və təşkilatlarında çalışan gənc alimlər üçün “Təhsildə innovativ potensialın idarə edilməsi”, “Yumşaq sosial bacarıqlar”, “Azərbaycanın Palçıq vulkanizmi”, “Elmi məqalənin yazılma və təqdimat qaydaları”, “Azərbaycanda milli musiqi folkloru” təlimləri, şahmat, dama, voleybol yarışları, bədii yaradıcılıq müsabiqələri təşkil edilib.
İştirakçılar həmçinin, Tovuz rayonunda yerləşən Göytəpə Arxeoloji Parkınada səfər ediblər. Tədbirin sonunda əməkdaşlarımız sertifikatla təltif olunublar.