XƏBƏRLƏR
758 Arxiv

2023.08.15

Zoologiya İnstitutunda tacik alimlərlə görüş keçirilib

15 avqust 2023-cü il tarixində, ARETN Zoologiya İnstitutunda Tacikistanın “Akademik B. Qafurov adına Xocənd Dövlət Universiteti” - nin Təbiət Elmləri İnstitutunun böyük elmi işçisi, b.e.d., professor Habilov Tolibcan Kadıroviç və həmin universitetin “İnsan və Heyvanların Zoologiyası və Fiziologiyası” kafedrasının dosenti Zahidova (Tacibayeva) Dilbər Erqaşovna ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan ARETN Zoologiya İnstitutunun baş direktoru v.i.e., a.e.ü.f.d., dos. Ələddin Eyvazov qonaqları salamlayıb və onlara institutun fəaliyyət istiqamətləri və elmi potensialı, xüsusilə “Quru Onurğalıları” laboratoriyası haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, yarasalar üzrə mütəxəssis olan hər iki qonağı görüş zamanı b.e.ü.f.d. Nicat Həsənov müşayiət edib. Görüşün sonunda Ə. Eyvazov Azərbaycan Respublikasının “Qırmızı Kitabı” – nın üçüncü nəşrini N. Həsənovə hədiyyə edib.

Görüşdən sonra qonaqlar “Quru Onurğalıları” laboratoriyasının əməkdaşları və kolleksiya fondu ilə tanış olub və gələcəkdə yarasalarla bağlı hər iki ölkədə aparılacaq tədqiqatlara dair əməkdaşlıq perspektivlərini müzakirə ediblər.