XƏBƏRLƏR
478 Arxiv

2023.07.13

Hidrobiologiya laboratoriyasının əməkdaşları Orta və Cənubi Xəzərin Azərbaycan hissəsinin sahilboyu ərazilərində ekspedisiyada olublar

ARETN Zoologiya İnstitutu Hidrobiologiya laboratoriyasının müdiri v.i.e., dosent Süleyman Süleymanov,böyük elmi işçi Nuriyyə Şamionova, kiçik elmi işçiləri - Nigar Mehdiyeva və İntizar Səmədli Orta Xəzərin Giləzi, Sitalçay və Sumqayıt, Cənubi Xəzərin isə Bəndovan və Ələt ərazilərində ekspedisiyada olublar. 03.07 - 08.07.2023-cü il tarixlərində baş tutan ekspedisiya müddətində həmin ərazilərinin sahilboyu sularında monitorinq işləri aparılaraq ixtioloji və bioloji örtüyə dair nümunələr toplanılıb. Yaranmış ekoloji şəraitin ixtiofaunanın növ tərkibinə, sayına və yayılmasına göstərdiyi təsirlər öyrənilib. Müəyyən edilmişdir ki,  son  illərdə Xəzər dənizində dəyişilmiş ekoloji şəraitlə bağlı (dəniz səviyyəsinin aşağı düşməsi, güclü çirklənməyə məruz qalması və s.) olaraq Xəzərdə yaşayan  dəniz balıqlarının (siyənəklərin, kefalların və kilkələrin) vəziyyəti  qənaətbəxşdir, əksinə olaraq  keçici və yarımkeçici balıqların (adi çəki, kütüm, Xəzər külməsi, şərq çapağı və şəmayı) vəziyyəti isə qənaətbəxş deyildir. İlkin olaraq bildirilmişdir ki, dəniz səviyyəsinin aşağı düşməsi ilə əlaqədar olaraq keçici və yarımkeçici balıqların yayılma arealında müəyyən dəyişikliklər baş vermişdir.