XƏBƏRLƏR
1110
Arxiv
2021.09.07
Zoologiya İnstitutunun əməkdaşları Şamaxı rayonunda ekspedisiyada olublar
AMEA Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Məmmədrzayeva və elmi işçi, doktorant Leyla Həsənova 23-27 avqust tarixlərində Şamaxı rayonunda ekspedisiyada olublar.
Ekspedisiya müddətində Şamaxı rayonunun Pirqulu, Ərçiman, Çuxuryurd kəndi ərazisindəki otlaq sahələri, bostan və meşələrinə baxış keçirilib, terioloji materiallar toplanılıb. Alimlər mövzularına uyğun olaraq gəmirici növlərinə aid materiallar toplayaraq, tədqiq etmək üçün laboratoriyaya gətiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.