2021.07.01
Zoologiya İnstitutunda doktorluq imtahanı keçirilib
AMEA-nın akademik-katibi, akademik Arif Həşimovun AMEA-nın elmi müəssisələrinin rəhbərlərinə ünvanladığı 03 iyun 2021-ci il tarixli 01-6/423 nömrəli məktubuna əsasən, institutun direktor vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazovun müvafiq əmri ilə doktorluq imtahanı keçirmək məqsədi ilə institutda imtahan komissiyası yaradılıb. 01 iyul 2021-ci il tarixində AMEA Zoologiya İnstitutunda “Zoologiya-2401.01” ixtisas fənni üzrə doktorluq imtahanı keçirilib. AMEA-nın Təhsil şobəsinin Doktorantura sektorunun müdiri, biologiya elmləri üzrə fəlsəfə doktoru Tubuxanım Qasımzadənin iştirakı ilə keşirilən imtahanda institutun dissertantı Zərintac Şükürova imtahan verib. Namizədin nəticəsi imtahan bitdikdən sonra komissiya tərəfindən elan edilib.