XƏBƏRLƏR
2298 Arxiv

2019.05.31

Zoologiya İnstitutu əməkdaşlarına növbəti dəfə kənd təsərrüfatı məhsulları paylanıb

AMEA Zoologiya İnstitutunun Ağsu Təcrübə Dayaq Məntəqəsi ərazisində istixanalarda yetişdirilən kənd təsərrüfatı məhsulları yenidən institut əməkdaşlarına paylanılıb.  Məntəqə ərazisində yetişdirilmiş kənd təsərrüfatı məhsullarının dad keyfiyyətinə görə seçilməsinin əsəs səbəbi, tədqiqatların aparılmasında istixana şəraitində yetişdirilən bostan bitkilərinin ziyanvericilərinə qarşı mübarizədə kimyəvi üsulları minimuma endirərək, ekoloji təmiz məhsul almaq üçün bioloji agentlərdən maksimum istifadə edilməsidir.

Ərazidən toplanmış 500 kq kənd təsərrüfatı məhsulu (xiyar) Zoologiya İnstitutu əməkdaşları arasında bölünüb, bir qismi isə AMEA-nın İşlər İdarəsinə verilib.