XƏBƏRLƏR
2146 Arxiv

2019.03.07

Zoologiya İnstitutunda 8 Mart Qadınlar Günü münasibəti ilə tədbir keçirildi

07 mart 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunda 8 Mart Qadınlar Gününə həsr olunan tədbir keçirildi. Tədbiri giriş sözü ilə institutun direktoru f.ü.f.d.  Elman Yusifov açaraq, bütün qadın həmkarları bayram münasibəti ilə təbrik etdi. O, bütün qadın kollektivə sağlamlıq, səadət, xoşbəxtlik arzu edib, gələcək əmək fəaliyyətində uğurlar dilədi.

Daha sonra Həmkarlar Təşkilatının sədri b.ü.f.d. Vüsalə Nərimanova zooloq qadınları bayram münasibəti ilə təbrik edərək təşkilat adından onlara bay­ram hə­diy­yə­lərini təqdim etdi.