XƏBƏRLƏR
78 Arxiv

2018.12.04

Azərkosmos ASC-nin əməkdaşı Zoologiya İnstitutunda olub

Məlum olduğu kimi  Azərbaycan Respublikasın  Prezidentinin 15noyabr 2018-ci il tarixli 696 №li Sərəncamı ilə “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Həmin proqrama əsasən Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi və aparılan elmi- tədqiqat və monitorinq işlərində peyk məhsullarından ( təsvirlərdən) istifadənin genişləndirilməsi ilə bağlı tapşırıq qoyulmuşdur. Bu proqramın icrası ilə əlaqədar olaraq 30 noyabr 2018-ci il tarixində AMEA Zoologiya İnstitutunda Azərkosmos ASC-nin konsultantı Mehman Rzayev ilə institut əməkdaşları arasında görüş keçirilib. Görüşdə peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişaf etdirilməsi, aparılan elmi-tədqiqat və monitorinq işlərində peyk məhsullarından (təsvirlərdən) istifadənin genişləndirilməsi, peyk təsvirlərinin emalı və istifadəsi ilə bağlı əlavə məlumatların verilməsi, elmi tədqiqatların aparılması üçün “Azersky” peykinin təsvirlərindən istifadə və  s. məsələlər müzakirə olunub, Zoologiya İnstitutu ilə Azərkosmos ASC arasında iş fəaliyyəti ilə  əlaqəli birgə  layihələrin hazırlanması mövzusunda danışıqlar aparılıb.