XƏBƏRLƏR
98 Arxiv

2018.11.29

Rusiyalı alim Zoologiya İnstitutunda olub

Rusiya Federasiyasının Çelyabinsk Dövlət Universitetinin Ekologiya fakültəsinin müəllimi və Biosenozlar laboratoriyasının bioloqu  Anna Plaksina AMEA Zoologiya İnstitutunda ezamiyyətdə olub. Zoologiya İnstitutunun dəstəyi ilə dəvət edilən Anna Plaksina 23, 26, 27 noyabr 2018-ci il tarixlərində institut əməkdaşları üçün təşkil olunan seminarda “Geoinformasiya sistemləri” (Геоинформационные системы) adlı təqdimatla çıxış edib, əməkdaşlara MapInfo Professioal, QGIS kimi proqramlar haqqında ətraflı məlumat verib, praktik məşğələlər aparıb, sualları cavablandırıb. Seminarın keçirilməsində əsas məqsəd Zoologiya İnstitutunda çalışan əməkdaşları geoinformasiya texnologiyaları vasitəsi ilə ekspert sistemlərin yaradılması və faunistik tədqiqatlara uyğun olaraq distant zondlaşdırma məlumatlarının geoinformasiya sistemlərində istifadəsi barədə məlumatlandırmaqdır.