XƏBƏRLƏR
41 Arxiv

2018.08.06

“Magistr” jurnalının altıncı nömrəsi nəşr olunub

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 6-cı nömrəsini nəşr edib.

Jurnalın bu nömrəsində 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri dərc olunub.

Jurnalda, həmçinin “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nin nümunəsi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunub.

http://science.gov.az/news/open/8511