XƏBƏRLƏR
114 Arxiv

2018.06.20

AMEA-da “Horizon-2020” proqramı çərçivəsində təlimlərə başlanılıb

İyunun 14-də AMEA-nın Əsas binasında Avropa Komissiyasının “Horizon-2020” proqramı üzrə yeni seçilmiş milli əlaqələndirici şəxslər şəbəkəsi üçün praktiki təlimlərə başlanılıb.

Təlim Avstriyanın İctimai İnnovasiya Mərkəzinin tədqiqat strategiyası və inkişaf üzrə baş mütəxəssisi Qorazd Veis tərəfindən keçirilib.

Təlim zamanı Azərbaycan alimlərinin proqram çərçivəsində fəal iştirakının təmini və təşviqi məqsədilə əlaqələndirici şəxslərin vəzifələri, fəaliyyət istiqamətləri və qabaqcıl Avropa ölkələrinin təcrübəsi haqqında ətraflı məlumat verilib. “Horizon-2020” proqramı üzrə növbəti mərhələ üçün milli əlaqələndirici şəxslər şəbəkəsinin iş planı müzakirə olunub.

Təlim iyunun 15-də yekunlaşıb.

http://science.gov.az/news/open/8246