XƏBƏRLƏR
137 Arxiv

2018.06.11

AMEA-da “Poisk” qəzetinin baş redaktor müavini ilə görüş keçiriləcək

İyunun 12-də saat 10:00-da AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən Rusiya Elmlər Akademiyasının mətbu orqanı olan “Poisk” qəzetinin baş redaktor müavini Yelizaveta Ponarina ilə görüş keçiriləcək.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil olunacaq tədbirdə “Poisk” qəzetinin fəaliyyəti, məqalələrin elmi-populyar üslubda hazırlanması, elmin KİV-də təbliği, elmi jurnalistlərin yetişdirilməsi istiqamətində görülən işlərlə bağlı bilik və təcrübə mübadiləsi aparılacaq.

Ünvan: Bakı şəh., H.Cavid pr.129

http://science.gov.az/news/open/8199