XƏBƏRLƏR
100 Arxiv

2018.05.31

AMEA-nın magistrantları üçün "Elmdən biznesə gedən yol" mövzusunda seminar keçirilib

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin təşkilatçılığı ilə akademiyada magistratura təhsili alan tələbələr üçün "Elmdən biznesə gedən yol" mövzusunda seminar keçirilib.

Tədbirdə idarənin Magistratura şöbəsinin müdiri Fikrət Feyziyev çıxış edərək seminar iştirakçılarını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbrik edib.

O, sayca üçüncü dəfə baş tutan seminarın keçirilməsində əsas məqsədin magistrantların dünya elminə inteqrasiyası və maarifləndirilməsi, innovativ yeniliklərlə tanışlığı, o cümlədən ideya və layihələrinin həyata keçirilməsi olduğunu bildirib.

F.Feyziyev növbəti tədris ilində də bu istiqamətdə seminarların mütəmadi baş tutacağını diqqətə çatdırıb.

Daha sonra Şotlandiyanın Edinburq Universitetinin doktorantı, "ClimateLaunchpad 2017" proqramında ölkəmizi təmsil edən Günel Ağabəyli"Elmdən biznesə gedən yol" mövzusunda məruzəsini təqdim edib.

O, məruzəsində Britaniya və Azərbaycan təhsil sistemindəki oxşar və fərqli cəhətlər barədə məlumat verib, magistrantlar üçün faydalı və pulsuz İnternet resurslarını əyani nümayiş etdirib. Bundan əlavə, "İdeyanı biznesə necə çevirməli?", "Startapların tapılması və müraciət edilməsi", eləcə də gənclərin elmi məqalə hazırlama və jurnallarda çapı zamanı diqqət etməli olduqları xüsusiyyətlər haqqında məlumat verib.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

http://science.gov.az/news/open/8115