XƏBƏRLƏR
142 Arxiv

2018.05.24

Akademik İbrahim Quliyev AMEA Yüksək Texnologiyalar Parkının startapçıları ilə görüşüb

Akademiyanın vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Biznes İnkubasiya Mərkəzində (BİM) startapçılarla görüş keçirib.

Tədbiri YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayevaçaraq BİM-in yaradılması və inkişaf etdirilməsi, inovasiyayönümlü startap layihələrinin dəstəklənməsi və ümumilikdə innovativ sahibkar düşüncə tərzinin formalaşdırılması istiqamətində görülən işlər, o cümlədən keçirilən treninq və seminarlar, müsabiqələr barədə məlumat verib.

Sonra çıxış edən BİM-in müdiri Vüsal Süleymanlı biznes inkubatorların startapların dəstəklənməsində və inkişafında rolunundan danışıb.

Görüşdə, həmçinin bir sıra startaplar - “RainEnergy”, "ANİMEDU”, "Hello Baku”,"11 Delivery", "My Engineer Mentor" və digər layihələr barədə təqdimatlar edilib.

Sonda akademik İbrahim Quliyev startap komandalarına öz tövsiyələrini verib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

http://science.gov.az/news/open/8068