XƏBƏRLƏR
104 Arxiv

2018.03.27

AMEA-nın Yüksək Texnologiyalar Parkı Sankt-Peterburq "TRIZ Yaradıcılar Zirvəsi" İctimai Birliyi ilə əməkdaşlıq edəcək

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) beynəlxalq əlaqələr üzrə direktor müavini Məmməd Bağırzadə Rusiyanın Sankt-Peterburq şəhərində işgüzar səfərdə olub.

M.Bağırzadə səfər çərçivəsində Sankt-Peterburq "TRIZ Yaradıcılar Zirvəsi" İctimai Birliyinin direktoru Mixayil Rubinlə görüşüb. Görüşdə Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetinin İnformatika kafedrasının professoru Vladimir Kiyayev, "Konvergent Texnologiyalar" MMC-nin inkişaf üzrə direktoru Stanislav Kolçanov, "PetroMS" şirkətinin nümayəndəsi Sergey Sisoyev və "Compass TRIZ-İnnovasiya" MMC-nin təsisçisi Oleq Gerasimov da iştirak edərək, təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat veriblər.

Sonra YT Parkın direktor müavini texnoparkın rezidentlərinin fəaliyyətləri və məhsulları haqqında rusiyalı nümayəndələri məlumatlandırıb.

Sonda AMEA YT Parkla Sankt-Peterburq "TRIZ Yaradıcılar Zirvəsi" İctimai Birliyi arasında əməkdaşlıq memorandumu və agentlik sazişi imzalanıb. Sənəddə birgə elmi-texniki proqramların, innovativ layihələrin həyata keçirilməsi, innovasiya və sənaye infrastrukturunun inkişafı sahəsində informasiya mübadiləsinin aparılması nəzərdə tutulur.

http://science.gov.az/news/open/7625