XƏBƏRLƏR
166 Arxiv

2018.03.12

Külək oyadan Yel çərşənbəsi

Martın 13-də xalq təqvimi ilə ilaxır çərşənbələrdən üçüncüsü - Yel çərşənbəsidir. Buna bəzən xalq arasında "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə", "Yelli çərşənbə", "Badi (külək) çərşənbə", "Nəfəs çərşənbə" də deyirlər.

Erkən etiqadlara görə, çərşənbədə oyanan külək Yer üzünü gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində gün ərzində küləklər bir neçə dəfə dəyişir ki, bu da onun özünün tənzimlənməsi kimi qəbul edilir. 

Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif,inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır. Yel çərşənbəsində isti-soyuq küləklərin əsməsi yazın gəlişindən xəbər verir.

Ölkəmizdə ilaxır olan torpaq çərşənbəsi isə martın 20-si qeyd ediləcəkdir.

http://science.gov.az/news/open/7557