XƏBƏRLƏR
285 Arxiv

2018.03.02

Zoologiya İnstitutunda mikroskopla təcrübi dərslər davam edir

Məktəblilərin mikroskopla praktiki dərslərə olan marağı getdikcə artır. 191 nömrəli  məktəbin və Erudit təhsil kompleksinin şagirdləri dərslərdə iştirak etdilər. İlkin olaraq şagirdlərə mikroskopdan istifadə qaydaları və mikroskop haqqında məlumatlar verildi. Şagirdlərin yaşlarından asılı olaraq onlar üçün maraqlı olan müxtəlif obyektlərə mikroskop altında baxış keçirildi.

Müxtəlif növ  parazitlərin quruluşlarına, suda yaşayan gözlə görmədiyimiz canlılara, həşəratlara və bir çox mikroskopik obyektlərə, həmçinin gündəlik həyatımızda istifadə etdiyimiz duz, şəkər, və s. məmulatlarına, müxtəlif bitkilərin (ətirşah, nəzərgülü) yarpaqlarının, çiçəyinin  gözlə görünməyən hissələrinə (dəricik, yarpaqların damarlanması, tükcükləri) mikroskop altında baxıldı, onların quruluş formalarındakı fərqliliklər müəyyən edildi.