XƏBƏRLƏR
409 Arxiv

2018.02.19

Quru Onurğalıları laboratoriyası əməkdaşının “Azərbaycan məməlilərinin hazırkı vəziyyəti” mövzusunda seminarı keçirildi

AMEA Zoologiya İnstitutunun Quru Onurğalıları laboratoriyasının kiçik elmi işçisi Aqil Haxıyevin “Azərbaycan məməlilərinin hazırkı vəziyyəti” mövzusunda seminarı keçirildi. A.Haxıyev Azərbaycanın məməlilər faunası, yeni aşkar edilmiş məməli növləri, həmçinin nadir və endemik növlər, məməlilərin qorunma tədbirləri haqqında geniş məlumatlar verdi.