XƏBƏRLƏR
3165 Arxiv

2017.12.21

Tətbiqi Zoologiya Mərkəzi əməkdaşının Dissertasiya Şurasının seminarında dissertasiya işinin müzakirəsi keçirildi

AMEA Zoologiya İnstitutunun Dissertasiya Şurası Seminarının növbəti iclası keçirildi. Seminarda Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Səbinə Həsənovanın “Yeddi nöqtəli parabüzənin (Coccinella septempunctata) bioekoloji və fizioloji xüsusiyyətləri” mövzusunda dissertasiya işi geniş müzakirə olundu. Çıxış edən iddiaçı dissertasiya işinin elmi və praktiki əhəmiyyətindən, əldə etdiyi yeniliklərdən geniş məlumat verdi. İlk dəfə olaraq səmərəli bioloji agent olan yeddi nöqtəli parabüzənin bioekoloji, fizioloji xüsusiyyətlərini ətraflı tədqiq edərək, onun laboratoriya şəraitində kütləvi çoxaldılmasının elmi əsaslarının hazırlanmasından bəhs etdi.