ELANLAR
2981 Arxiv

2018.04.10 11:39

AMEA alimlərinin postdoktoral tədqiqatlarının Avropanın nüfuzlu elmi müəssisələrinə göndərilməsi üçün müsabiqə elan edilib

Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinin postdoktoral elmi tədqiqatlarının tamamlanması məqsədilə Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi üçün müsabiqə elan edilir.

Müsabiqədə elmlər doktoru dissertasiyası üzərində çalışan alimlər iştirak edə bilər.  

Müsabiqə üçün tələb olunan sənədlərin siyahısı:

- Namizədin irəli sürülməsi haqqında AMEA-nın elmi müəssisəsinin direktorunun təqdimat məktubu;

- AMEA-nın elmi müəssisəsinin Elmi Şurasının qərarı (elmlər doktoru dissertasiyasının hazırlıq dərəcəsi göstərilməklə);

- Avropanın elmi müəssisəsi və ya universitetindən razılıq məktubu (tədqiqat üçün tələb edilən müddət və həmin müddət üçün maliyyə – yaşayış, sığorta və laboratoriya xərcləri qeyd edilməklə);

- Namizədin ali təhsil, elmi dərəcə və elmi adları haqqında diplomlarının surəti;

- Tərcümeyi-hal (CV);

- Elmi əsərlərin siyahısı;

- Şəxsiyyət vəsiqəsinin surəti.

Sənədlər AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim edilməlidir.

Müraciət üçün son tarix 20 aprel 2018-ci ildir.

Tel.: (+994 12) 539 30 60; (+994 12) 492 54 93.

http://science.gov.az/news/open/7732