НОВОСТИ
591

2023.08.11

“Quru onurğalıları” laboratoriyasının elmi işçisi Şamaxı rayonunda ekspedisiyada olub

ARETN Zoologiya İnstitutunun “Quru onurğalıları” laboratoriyasının elmi işçisi, dissertant Aqil Haxıyev “Azərbaycanın Şamaxı rayonu ərazisində gəmricilərin və həşaratyeyənlərin növmüxtəlifliyi və nadir növlərinin ekoloji vəziyyətinin qiymətləndirilməsi” mövzusu üzrə 4.07.2023 - 9.07.2023 tarixlərində Şamaxı rayonunda ekspedisiyada olmuşdur.

Tədqiqat zamani məməli heyvanların ümumi ekoloji monitorinqi aparılıb. Əldə olunan məməli heyvanlardan Meriones (Pallasiomys) libycus Lichtenstein, 1823 – Qırmızıquyruq qum siçanı, Allactaga elater Lichtenstein, 1825 - Kiçik ərəbdovşanı, Cricetulus migratorius Pallas, 1773 – Boz siçancıq növləri morfoloji və genetik araştırmalar aparmaq məqsədi ilə laboratoriyaya gətirilib.