НОВОСТИ
815

2023.04.03

Azərbaycan Faunasının İnformasiya sistemi (onurğalılar) kitabı nəşr olunub

Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Faunasının İnformasiya sistemi (onurğalılar)” adlı  kitabı işıq üzü görüb.

Kitabda Azərbaycan Respublikası zooloqlarının dəyirmiağızlılar, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər sinfinə mənsub olan 698 onurğalı heyvan növlərinin təşəkkül tarixinə, sistematik vəziyyətinə, yayılmasına, sayına, etologiyasına və təsərrüfat əhəmiyyətinə dair çoxillik tədqiqatlarının nəticələri ümumiləşdirilmişdir. Heyvanların taksonomiyası və statusu, qorunması, ərazi və landşaftlar üzrə yerləşməsi, məskunlaşma xüsusiyyətləri, dinamikası və s. ətraflı işıqlandırılmışdır.

Kitab Azərbaycan faunası ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Çap olunan kitab mütəxəssislər, eləcə də ali və orta təhsil müəssisələrinin müəllim və tələbələri üçün xüsusilə faydalıdır.

Kitaba baxış üçün linkə tıklayın