2021.11.01
AMEA Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Zooloji seksiyanın növbəti iclası keçirilib
29 oktyabr 2021-ci il tarixində AMEA Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Zooloji seksiyanın növbəti iclası keçirilib. İclası Zooloji seksiyanın sədri, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov açaraq gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib. Daha sonra iclasda Zooloji seksiyaya təqdim edilmiş 3 elmlər və 7 fəlsəfə doktorluğu dissertasiya mövzuları müzakirə olunub.
Müzakirələrdə institutun direktor vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov, elmi işlər üzrə direktor müavini biologiya elmləri doktoru, dosent Elşad Əhmədov, AMEA-nın müxbir üzvü professor İ. Ələkbərov, b.e.d., professor Ş.İbrahimov, biologiya elmləri doktorları - Q.Quliyev, G. Mustafayeva, Q.Fətəliyev, C.Nəcəfov və başqaları iştirak ediblər.
Geniş müzakirələrdən sonra 1 mövzunun əvvəlki adı saxlanılmaqla, 7 mövzunun adında qismən dəyişiklik edilib, 1 mövzunun adı isə Zooloji seksiyaya uyğun olmadığı üçün müzakirə olunmayıb. Eyni zamanda fəlsəfə doktoru hazırlığı üzrə 1 mövzunun adı mübahisə doğurduğu üçün yenidən işlənməsi tövsiyə olunub.