NEWS
3366
Archive
2017.06.12
AMEA Zoologiya İnstitutunun əməkdaşları ekspediyada olublar
AMEA Zoologiya İnstitutunun əməkdaşları ekspediyada olublar
AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin böyük elmi işçiləri İradə Nuriyeva, İlhamə Səfərova və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüsalə Nərimanova 05.06.-09.06.2017-ci il tarixlərində Qəbələ rayonunda ekspedisiyada olublar.
Ekspedisiya zamanı fındıq kollarında əsasən, "Aphidoidea", onların çoxlu sayda entomofaqları, "Coccinellidae" , "Araneae"nin bir çox növləri, 3 növ "Cimicidae", 1 növ "Curculionidae" aşkarlanıb.
Qoz və şabalıd ağacılarının da yarpaqlarının alt hissəsində "Aphidoidea"nın fındıqda olan növünə təsadüf olunmuşdur.
© All rights reserved. Citing to www.zoologiya.az is necessary upon using news