НОВОСТИ
130

2026.08.06

Parazitologiya laboratoriyasının əməkdaşları Mingəçevir və Yevlax rayonlarında elmi ekspedisiyada olublar

ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Simuzər Mamedova  və elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nuranə Hacıyeva 20–24 iyul 2026-cı il tarixlərində Mingəçevir və Yevlax rayonlarında elmi ekspedisiyada olublar.

Ekspedisiyanın əsas məqsədi Mingəçevir–Yevlax hidroqovşağında məskunlaşan müxtəlif növ su onurğalılarının bağırsaq və qan parazitlərinin növ tərkibinin müəyyənləşdirilməsi məqsədilə çöl tədqiqatları aparmaq və müvafiq elmi materiallar toplamaq olub.

Tədqiqat çərçivəsində həm Kür çayının sahillərində, həm də çaydan müəyyən məsafədə yerləşən antropogen landşaftlarda – meliorativ kanallar, arxlar, müxtəlif su hövzələri və bataqlıq ərazilərində kompleks araşdırmalar həyata keçirilib.

Ekspedisiya zamanı tutulmuş su onurğalılarından laborator analizlər üçün qan və fekal materiallar götürülüb. Tədqiqat prosedurları başa çatdıqdan sonra heyvanlar təbii yaşayış mühitinə buraxılıb.