2025.10.20
Leyla Nadirlinin dissertasiya işinin ilkin müzakirəsi keçirilib
20 oktyabr 2025-ci il tarixində ETN Zoologiya İnstitutunda Leyla Vaqif qızı Nadirlinin dissertasiya işinin ilkin müzakirəsi keçirilib. B.ü.f.d., dosent Təvəkkül İsgəndərovun sədrliyi ilə keçən iclasda institutun Quru Onurğalıları laboratoriyasının elmi işçisi Leyla Nadirlinin “BÖYÜK QAFQAZIN AZƏRBAYCAN HİSSƏSİNDƏ ARVICOLINAE YARIMFƏSİLƏSİNƏ AİD OLAN GƏMİRİCİLƏRİN MORFOLOJİ MÜXTƏLİFLİYİ VƏ FİLOCOĞRAFİ VƏZİYYƏTİ” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Qeyd edək ki, dissertasiya işinin elmi rəhbərləri b.ü.f.d., dos. Səbinə Bünyatova və b.e.d., dos. Aleksandr Borodindir.
Məruzədən sonra rəyçilərin irad və təklifləri dinlənilib, verilən suallar cavablandırılıb.
Müzakirənin sonunda dissertasiya işinin elmi və praktik əhəmiyyətini nəzərə alaraq Leyla Nadirlinin 2401.01 - "Zoologiya" ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün elmi işin növbəti mərhələyə təqdim olunması məqsədəuyğun hesab edilib.




