2025.10.10
Zoologiya İnstitutunda Gülnaz Əzizağa qızı İsmayılovanın dissertasiya işinin müdafiəsi keçirilib
10 oktyabr 2025-ci il tarixində AR ETN Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.09 Dissertasiya Şurasınının növbəti iclası keçirilib. Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Gülnaz İsmayılovanın 2413.01 – “Entomologiya” ixtisasında “Azərbaycanda Morus cinsinin əsas yerli və adventiv ziyanvericiləri, onların ehtimal olunan ərazilərdə yayılma modeli” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri b.e.d., prof. Rauf Sultanovdur.
İclasın sonunda Dissertasiya şurasının üzvləri Gülnaz İsmayılovanın 2413.01 – “Entomologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanda Morus cinsinin əsas yerli və adventiv ziyanvericiləri, onların ehtimal olunan ərazilərdə yayılma modeli” dissertasiya mövzusunun biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyalar qarşısında qoyduğu tələblərə cavab verdiyini qeyd ediblər.




