НОВОСТИ
3444

2016.10.18

AMEA Zoologiya İnstitutunun əməkdaşları Gəncədə Gənc alim və mütəxəssislərin Beynəlxalq Forumunda iştirak etmişdir

Gəncədə oktyabrın 10-14 tarixlərində“Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsinə həsr olunan “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq forumu keçirilmişdir.Zoologiya İnstitutundan foruma 14 nəfər tezislə müraciət etmişdir. İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. Səbinə Bünyatova forumda təşkilat komitəsinin üzvü və “Qlobal enerji, ərzaq və ekoloji təhlükəsizlik” panelində moderator qismində iştirak etmiş, həmçinin “Qafqaz qayalıq kərtənkələsinin (Darevskia caucasica) biotop seçiminə iqlim şəraitinin təsiri” mövzusu ilə çıxış etmişdir. Forumda həmçinin institutun gənc alimlərindən Gülnar Qəhrəmanova “Bəzi zərərverici böcəklərin (Coleoptera) entomofaqları”, Zinyət Şahverdiyeva “Azərbaycanda adi dəvədəlləyinin (Mantis religiosa Linnaeus, 1785) yayılması”, Könül Tapdıqova “Qırmızı gölünün (Abşeron yarımadası) ibtidai xərçəngkimilər faunası” mövzusu ilə maraqlı çıxışlar etmişlər.