НОВОСТИ
1222
2025.07.21
Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar
10-15 iyul 2025-ci il tarixində ARETN Zoologiya İnstitutunun Paleozoologiya laboratoriyasının müdiri, b.ü.f.d., dosent Könül Tapdıqova və Mingəçevir Elmi Təcrübə Bazasının elmi işçisi Kazım Məmmədov Yenikənd və Şəmkir su anbarlarında ekspedisiyada olublar. Birlikdə icra olunan tematik mövzuya uyğun olaraq su anbarlarından müxtəlif zooplankton nümunələri toplanıb. Nümunələr hidrobiologiyada qəbul olunmuş klassik metodlarla toplanmış, ov aləti kimi Apşteyn torundan, materialların fiksə olunması üçün 4%-li formalin məhlunundan istifadə edilib. Hər iki su anbarından toplanan 28 kəmiyyət nümunəsi analiz üçün laboratoriyaya gətirilib.
© Все права защищены. При использовании информации гиперссылка на сайт www.zoologiya.az обязательна.




