2025.06.05
Dissertasiya şurasının növbəti iclası keçirilib
5 iyun 2025-ci il tarixində AR ETN Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD 1.09/1 Dissertasiya şurasının növbəti iclası keçirilib. Baytarlıq elmi tedqiqat İnstitutunun dissertantı Ülviyyə Mehralı qızı Mehraliyevanın 2429.01 -"Parazitologiya" ixtisasında aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Fransaiellozun törədicisinin (Fr. Colchıca) iri buynuzlu heyvan və gənə (B.Calcaratus) orqanizmində inkişafının öyrənilməsi və onun müalicəsinin təkmilləşdirilməsi" mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. Qeyd edək ki, dissertasiya işinin elmi rəhbəri Sialə İsmayıl qızı Rüstəmovadır.
Sonda Ülviyyə Mehralı qızı Mehraliyevanın "Fransaiellozun törədicisinin (Fr. Colchıca) iri buynuzlu heyvan və gənə (B.Calcaratus) orqanizmində inkişafının öyrənilməsi və onun müalicəsinin təkmilləşdirilməsi" dissertasiya mövzusunun aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün sənədlər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edildi.




