2025.05.30
Dissertasiya şurasının növbəti iclası keçirilib
30 may 2025-ci il tarixində AR ETN Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD 3.13 Dissertasiya şurasının növbəti iclası keçirilib. Baytarlıq elmi tedqiqat İnstitutunun dissertantı Firuzə Rza qızı Gülalıyevanın 3109.01 - “Baytarlıq elmləri (Baytarlıq mikrobiologiyası, virusologiyası, epizootologiyası, mikotoksikologiyası ilə mikologiyası və immunologiyası)” ixtisasında aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanda bal arılarının salmonellyozu və ona qarşı yeni müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. Qeyd edək ki, dissertasiya işinin elmi rəhbəri Aftandil Hüseyn oğlu Yusifovdur.
Sonda Firuzə Rza qızı Gülalıyevanın 3109.01 “Baytarlıq mikrobiologiyası, virusologiyası, epizootologiyası, mikotoksikologiyası ilə mikologiyası və immunologiyası” ixtisasında aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanda bal arılarının salmonellyozu və ona qarşı yeni müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması” dissertasiya mövzusunun aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırıldı.




