2025.05.26
Dissertasiya şurasının növbəti iclası keçirilib
23 may 2025-ci il tarixində AR ETN Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.09 Dissertasiya şurasının növbəti iclası keçirilib. ARETN Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin doktorantı Günay Zahid qızı İsgəndərovanın 2413.01 – “Entomologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Temperatur və fotoperiodun çuğundur mənənəsinin (Aphis fabae Scop) biologiyasına təsiri” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. Qeyd edək ki, dissertasiya işinin elmi rəhbəri Tətbiqi Zoologiya Mərkəzinin müdiri b.ü.f.d Barat Əbdül oğlu Əhmədovdur.
Sonda Günay Zahid qızı İsgəndərovanın 2413.01 – “Entomologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Temperatur və fotoperiodun çuğundur mənənəsinin (Aphis fabae Scop) biologiyasına təsiri” dissertasiya mövzusunun biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırıldı.




