2025.05.13
Zoologiya İnstitutunun əməkdaşları Astara rayonunda ekspedisiyada olublar
AR ETN Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasının əməkdaşları a.e.i. Nailə Həmid qızı İsgəndərova, b.e.i. Simuzər Oruc qızı Mamedova, b.e.i. Türkan Firudin qızı Qurbanova, b.e.i. Elyanə Nail qızı Tahirova və baş laborant Rəhimə Zaman qızı Ağayeva laboratoriya mövzusu üzrə elmi tədqiqat məqsədi ilə Astara rayonunda 5–9 may 2025-ci il tarixlərində ekspedisiyada olublar. Ekspedisiya zamanı Xəzər dənizinin Astara sahilindən hidrofaunaya aid və sahilboyu ərazilərdən bəzi onurğalı heyvanlardan materiallar toplanmışdır. Nümunələrin bir qismi toplanma yerində işlənmişdir, digərləri isə protistoloji tədqiqatların aparılması məqsədilə laboratoriyaya gətirilibdir.




