НОВОСТИ
1109

2025.02.05

ARETN Zoologiya İnstitutunun elmi işçisi beynəlxalq konfransda iştirak etmişdir

ARETN Zoologiya İnstitutunun elmi işçisi, dissertant Rəfiqə Qazi 1-2 fevral 2025-ci il tarixlərində keçirilən “X Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı”nda “Azərbaycanda bal arısının viral xəstəliklərinin vəziyyəti” adlı təqdimat ilə çıxış etmiş və sertifikatla təltif olunmuşdur. Konfransda ABŞ, Cənubi Koreya, Rusiya, Gürcüstan, İran və Türkiyədən bir sıra alimlər, Azərbaycandan bir sıra qurumlar və peşəkar arıçılar iştirak edirdilər.