НОВОСТИ
1066

2024.10.22

Zoologiya İnstitutunun Elmi şurasında növbəti hesabatlar dinlənilib

22 oktyabr 2024-cü il tarixində ETN Zoologiya İnstitutunun elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözləri açan institutun baş direktoru a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

İclasda institutun laboratoriyalarının illik hesabatları dinlənilib. Belə ki, Tətbiqi Zoologiya Mərkəzinin müdiri b.ü.f.d., dos. Barat Əhmədov, Quru onurğalıları  laboratoriyasının müdiri b.ü.f.d Təvəkkül İskəndərov, Paleozoologiya laboratoriyasının müdiri b.e.ü.f.d Könül Tapdıqova, Quru onurğasızlar laboratoriyasının müdiri b.ü.f.d Gülər Hüseynzadə məruzələrlə çıxış edib. Məruzəçilər cari ildə laboratoriya fəaliyyəti haqqında ətraflı məlumat verdikdən sonra il ərzində laboratoriya əməkdaşlarının həyata keçirdiyi elmi tədqiqatlar, onların əsas nəticələri haqqında məlumat verilib.   

Daha sonra Quru onurğalıları laboratoriyasının elmi işçisi Elşad Əsgərov və Zoologiya İnstitutunun elmlər doktorluğu hazırlığı üzrə qiyabı doktorantı Nicat Həsənovun həmmüəllifliyi ilə “Cənubi Qafqaz regionu üzrə Zoonoz xəstəliklərinin atlası” adlı kitabının çap olunması haqqında məlumat verilib.   

Sonda müzakirələr aparılıb, təkliflər verilib və müvafiq qərarlar qəbul edilib.