НОВОСТИ
1050

2024.10.21

Elmi şurada laboratoriyaların illik hesabatları dinlənilib

21 oktyabr 2024-cü il tarixində ETN Zoologiya İnstitutunun elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözləri ilə açan institutun baş direktoru a.e.ü.f.d., dosent Ələddin Eyvazov Elmi şuranın tərkibində qismən dəyişiklik edilməsi haqqında və gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

İclasda müvafiq ardıcıllıqla Protozoologiya, Parazitologiya, Parazit-sahib münasibətlərinin biokimyası və Hidrobiologiya laboratoriyalarının illik hesabatları dinlənilib. Protozoologiya laboratoriyasının illik hesabatları haqqında laboratoriya müdiri AMEA-nın müxbir üzvü İlham Ələkbərov, Parazitologiya laboratoriyasının müdiri b.e.d. Asif Manafov, Parazit-sahib münasibətlərinin biokimyası laboratoriyasının icraçı direktoru b.e.d., dos. Elşad Əhmədov, Hidrobiologiya laboratoriyasının illik hesabatları haqqında laboratoriya müdiri b.ü.f.d. Süleyman Süleymanov cari ildə aparılmış elmi tədqiqatlar, onların əsas nəticələri, çap olunmuş elmi əsərlər, istinadların sayı, kadr hazırlığı, laboratoriya əməkdaşlarının yerli və xarici elmi tədbirlərdə iştirakı və sosial sferada fəaliyyəti haqqında ətraflı məlumat veriblər.

Sonda müzakirələr aparılıb, təkliflər verilib və müvafiq qərarlar qəbul edilib.