2024.08.02
Quru Onurğalıları laboratoriyasının əməkdaşları Kəlbəcər rayonunda ekspedisiyada olmuşlar
Quru Onurğalıları laboratoriyasının əməkdaşları b.ü.f.d. Təvəkkül İsgəndərov və elmi işçi Elşad Əsgərov “Yaşıl dünya naminə həmrəylik ili” proqramı çərçivəsində Bezoar keçisinin (Capra aegagrus) Qarabağ ərazilərində tarixi areallarına reintrodusiyası ilə bağlı 2024 –cü ilin 24-26 iyun tarixlərində Kəlbəcər rayonunda ekspedisiyada olmuşlar. Bezoar keçisinin məskunlaşdığı sıldırımlı sərt dağ yamaclarında, Tutquçayın Tərtərlə birləşdiyi kanyonda, İstisu qəsəbəsinin şərqində Məmmədsəfi, Zar, Xoləzək kəndlərinin qarşılaşdığı qayalıqlarda vizual müşahidələr aparılmışdır. Müşahidələr göstərmişdir ki, ərazidə qaya keçilərinin əsas sıx məskən saldığı ərazilər Qamışlı körpüsünün ətrafındakı qayalıq ərazilərdir. Müşahidələr Bezoar keçisinin Kəlbəcərdə sayca artımını göstərsə də, reintroduksiya üçün fərdlərin bu ərazilərdən tutulması relyef baxımından məqsədəuyğun hesab edilmir.