2024.07.03
Hidrobiologiya laboratoriyasının əməkdaşları Xəzərin Şah dili, Bəndovan və Qızılağac akvatoriyasında ekspedisiyada olmuşlar
ARETN Zoologiya İnstitutu Hidrobiologiya laboratoriyasının müdiri, dosent S.Ş.Süleymanov, aparıcı elmi işçisi Ş.Ə.Quliyev, kiçik elmi işçiləri N.E. İbrahimova və İ.Ş.Səmədli Cənubi Xəzərin Şah dili, Bəndovan və Qızılağac akvatoriyasında 20.06 - 25.06.2024-cü il tarixlərində ekspedisiyada olmuşlar.
Tədqiqat dövründə sürütmə tora (Xəzər külməsi, Kür siyənəyi, kütüm, adi çəki, qumluq xulu, Xəzər aterini və Xəzər iynəbalığı) 25 ədəd balıq düşdüyü qeyd edilmişdir. Tora düşən balıqların növ tərkibi çox olsa da, havanın temperaturunun yüksək olması ilə əlaqədar olaraq sahilyanı zonalarda balıqlara az rast gəlinmişdir. Onlar daha çox dənizin dərin qatlarına üstünlük vermişdilər. Müəyyən edilmişdir ki, son illərdə dənizin səviyyəsinin aşağı düşməsi ilə əlaqədar olaraq sahilyanı zonalar da bitki örtüyünün üzərinə kürü tökən balıqların ekoloji vəziyyəti qənaətbəxş deyildir.
Tədqiqat zamanı əldə olunan materiallar hazırda laboratoriyada əsaslı işlənməkdədir.